04.11.2015
Qəzalar
Piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb
Bakıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 27-də Xətai rayonu ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Anar Süleymanov vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb. Xətai Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Fidan