Azərbaycan nömrəli avtobus Gürcüstanda qəzaya düşdü: 3 ölü, 7 yaralı

Azərbaycan nömrəli avtobus Gürcüstanda qəzaya düşdü: 3 ölü, 7 yaralı

Azərbaycan nömrəli avtobus Gürcüstanda qəzaya düşdü: 3 ölü, 7 yaralı

Gürcüstanın Xaşur rayonunda ağır yol qəzası baş verib. Cars-az "newsgeorgia.ge" saytına istinadən verdiyi məlumata görə, sərnişin avtobusunun mikroavtobusla toqquşması nəticəsində 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Avtobusun Azərbaycan dövlət nömrə nişanlı olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri və digər təfərrüatları barədə məlumat verilmir. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top