Avtobus gölə düşdü: 11 ölü, 40 yaralı

Avtobus gölə düşdü: 11 ölü, 40 yaralı

Peruda sərnişin avtobusun 10 m yüksəklikdən süni gölə düşməsi nəticəsində 11 nəfər ölüb, 40 nəfər xəsarət alıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin Kusko regionunda qeydə alınıb.

Məlumata əsasən, qəza avtobusun sürücüsünün yolda idarəetməni itirməsi nəticəsində baş verib.

Digər versiyaya görə, sürücü avtobusun həddindən artıq yüklənməsi səbəbindən idarəetməni itirib.

Dostlarınla paylaş


Şərhlər


Top