Tovuzda yol qəzasında 3 nəfər yaralanıb

Tovuzda yol qəzasında 3 nəfər yaralanıb

Tovuzda 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, bu barədə apa-nın verdiyi məlumata görə, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb. “VAZ 2106”markalı avtomobillə “VAZ 21012” markalı avtomobilin toqquşması nəticəsində Köhnə Qala kənd sakinləri - 1960-cı il təvəllüdlü Cəfər Hümbətov, 1959-cu il təvəllüdlü Zəkiyyə Bayramova və Qovlar şəhər sakini, 1988-ci il təvəllüdlü Emin Alıyev müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top