Ukraynada təyyarə qəzası: 2 ölü

Ukraynada təyyarə qəzası: 2 ölü

Ukraynanın Lvov vilayətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib. Cars-az "ria novosti"yə istinadən xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb. Xəbərə görə, hadisə təlim-məşq uçuşu zamanı baş verib. ""Zodiak CH-601" yüngül mühərrikli təyyarə Ukraynanın Tsuniv kəndindəki avia-idman ictimai klubunun aerodromundan uçub. Qəza nəticəsində ölənlərdən biri pilot, o biri isə sərnişin olub", - məlumatda bildirilib. Hadisənin başvermə səbəbləri araşdırılır. Qəza ilə bağlı cinayət işi açılıb.

Dostlarınla paylaş


Şərhlər


Top