Avtobus yaşayış evinə girdi: 12 yaralı

Avtobus yaşayış evinə girdi: 12 yaralı

Nyu-Yorkun Kvins rayonunda şəhərlərarası avtobus yaşayış evinə çırpılıb. Şəhər yanğınsöndürmə idarəsinin rəsmi nümayəndələri bildiriblər ki, şənbə günü axşam baş vermiş hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Avtobus əvvəlcə maşınla toqquşub, sonra isə ikimərtəbəli yaşayış binasının divarına çırpılıb. Bütün xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Həkimlərin sözlərinə görə, onlar yüngül xəsarət alıblar, həyatları üçün təhlükə yoxdur. Qəzanın səbəbləri hələlik məlum deyil. Şəhər rəhbərliyi hadisənin araşdırılmasına başlandığını bildiriblər.

Dostlarınla paylaş


Şərhlər


Top