04.11.2015
Qəzalar
Gəncədə «07» piyadanı vurub qaçdı
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Vüsal Əliyev bədənin müxtəlif hissələrinin əzilməsi xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına müraciət edib. Tibbi yardım göstərilən yaralının vəziyyətinin normal olduğu bildirilir. V.Əliyevin bildirdiyinə görə, o şəhərin Nizami küçəsində yolu keçmək istəyərkən “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Sürücü isə hadisə yerindən qaçıb. Faktla bağlı Gəncə şəhər Nizami rayon Polis İdarəsində araşdırma aparılır. APA