04.11.2015
Qəzalar
Bakıda qəza: Ölən var
Bakıda ölümlə nəticələnən daha bir yol qəzası baş verib. Cars-az Baş Polis İdarəsinə istinadən xəbər verir ki, oktyabrın 4-ü saat 21:25 radələrində Sabunçu rayonu Zabrat-Kürdəxanı şosesində qəsəbə sakini, 1986-cı il təvəllüdlü Əmir Əmirov idarə etdiyi “VAZ-2106” markalı avtomobili idarəetməni itirərək maneəyə vurub.
Nəticədə Ə.Əmirov 3 saylı xəstəxanaya yerləşdirilib. Sürücünün həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.