04.11.2015
Qəzalar
Bakıda daha bir nəfər avtomobil qəzasının qurbanı oldu
Bakının Səbail rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Baş Polis İdarəsindən trend-ə verilən məlumata görə, hadisə rayonun Neftçilər prospektində qeydə alınıb. Qazax rayon sakini Azər Mehrəliyev idarə etdiyi “Toyota-Avalon” markalı avtomobillə Şəki rayon sakini 1944-cü il təvəllüdlü Laçın Mustafayevi vurub.
Hadisənin baş verməsi nəticəsində xəsarət alan L.Mustafayev Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. L.Mustafayev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.