13.01.2016
Qəzalar
Sürücü öz maşınının altında qaldı
Yük maşınını dayanacaqda saxlayan sürücü əyləci basmağı unudur. Сars-az atv.az-a istinadən xəbər verir ki, O, maşından enər-enməz nəqliyyat vasitəsi bir anda hərəkət etməyə başlayır. Nə edəcəyini bilməyən sürücü maşını saxlaya bilmək üçün düşünmədən onun qarşısına keçir. Lakin doğru hesablanmamış bu ehtiyatsız hərəkət tükürpədici sonluqla nəticələnir. Hərəkətdə olan nəqliyyat vasitəsi öz sürücüsünü divara sıxışdıraraq ağır yaralanmasına səbəb olur. Yaralı şəxsin köməyinə ətrafdakı insanlar çatır. Lakin edilən müdaxilələrə baxmayaraq, ağır xəsarətlərlə xəstəxanaya çatdırılan sürücünün həyatını xilas etmək mümkün olmur.