04.12.2015
Qəzalar
Sürücü maşını dirəyə vurdu: arvadı öldü
Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib. Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 3-də saat 17 radələrində Bərdə rayonunun Göyüşlü kəndində rayon sakini Mobil Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Hadisə nəticəsində sürücünün arvadı İlhamə hadisə yerində ölüb, özü və qızı Şahnaz xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Bərdə RPŞ tərəfindən araşdırma aparılır.
Emin