04.12.2015
Qəzalar
Polis bölməsinin qarşısında adam öldü
Bakının mərkəzində ölüm hadisəsi baş verib.
Cars-az apa-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospekti 75 ünvanında, 22-ci Polis Bölməsinin qarşısında qeydə alınıb.
Şəxsiyyəti hələ müəyyən edilməmiş orta yaşlı kişinin vəziyyəti qəfildən pisləşib. Hadisə yerində təcilli yardım gələnədək o dünyasını dəyişib.
Mərhumun meyiti müayinə edilmək üçün ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.