04.12.2015
Qəzalar
Bakı-Sumqayıt qatarı yenə adam vurdu
Bu gün səhər saatlarında Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatar yenə adam vurub.
Cars-az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları" QSC mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, hadisə Keşlə qəsəbəsində qeydə alınıb. “Bir qadın yoldaşı ilə birlikdə müəyyən olunmamamış yerdən yolu keçərkən, qatarın küləyi onu vurub. Qadın xəsarət alıb, dərhal təcili yardım çağrılıb, qadın xəstəxanaya yerləşdirilib. Qadının yoldaşı xəsarət almayıb”.