04.12.2015
Qəzalar
Bakıda ağac 3 avtomobilin üstünə aşdı
Bakıda əsən güclü külək təsirsiz ötüşməyib.
Cars-az apa-ya istinadən xəbər verir ki, paytaxtda güclü küləyin əsməsi nəticəsində ağac aşaraq 3 avtomobili əzib.
Hadisə Sabunçu rayonu, Əhməd Cavad küçəsində qeydə alınıb. Güclü küləyə tab gətirməyən ağac yaşayış binasının həyətində olan avtomobillərin üzərinə aşıb.
Nəticə 3 avtomobilə ziyan dəyib.
Bina sakinləri hadisə barədə aidiyyəti qurumlara məlumat veriblər.