03.12.2015
Qəzalar
Abşeronda avtomobillə traktor toqquşdu: 1 ölü
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, hadisə rayonun Hökməli qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Həsən Gülhüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında dayanmış “Azəryolservis” MMC-yə məxsus yerhamarlayan traktora vurub.
Nəticədə xəsarət almış H.Gülhüseynov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.