Bakı-Sumqayıt qatarı Türkiyə vətəndaşını vurdu
Xəbər verildiyi kimi, ötən gün Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb. Bakıdan saat 19 radələrində reysə düşən qatar bir neçə dəqiqə yol qət etdikdən sonra dayanıb. Sərnişinlər yarım saatdan çox qatarda gözləməli olublar.
Cars-az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov azvision.az-a açıqlamasında bildirib ki, ötən gün saat 19-da yola düşən Bakı-Sumqayıt qatarı Keşlə-Biləcəri məntəqəsində dəmiryolu xətti üzərinə çıxan sərxoş kişini vurub.
Məlum olub ki, həmin şəxs 1984-cü il təvəllüdlü Türkiyə vətəndaşı Yılmaz Harum Mehmetdir. Onun qatar reysinin kənarında spirtli içki qəbul etdiyi aşkarlanıb.
Türkiyə vətəndaşı hazırda xəstəxanadır. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
N.Əziməmmədov son zamanlar Bakı-Sumqayıt qatarının yolunda mane törədən şəxslərin çoxaldığını deyib: “Biz KİV-lər vasitəsilə hər zaman təbliğat aparırıq ki, bu, sürət qatarıdır və onun yoluna çıxmaq olmaz. Amma bəzi şəxslər buna əməl etmirlər”.