02.12.2015
Qəzalar
Bakıda avtobus «Porsche»yə girdi
Bu gün saat 18.30 radələrində Bakının Mehdi Hüseyn küçəsində yol qəzası baş verib. 18 nömrəli marşrut avtobusu ağ rəngli «Porsche» ilə toqquşub. Hadisə şahidlərinin Cars-az-a verdiyi məlumata görə, nömrə nişanı 009 olan «Porsche» öz yolu hərəkət etdiyi zaman avtobus onu arxadan vurub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Fərid