02.12.2015
Qəzalar
Dəhşətli qəza: ölən və yaralananlar var – FOTO+VİDEO
Cars-az xəbər verir ki, dəhşətli avtoqəza Şərqi Yavanın Surabaya şəhərində baş verib. Belə ki, 24 yaşlı Viyanq Lautner sürətlə idarə etdiyi Lamborghini markalı avtomobili ilə idarəetməni itirərək qarşıdan keçən bir neçə nəfəri piyadanı vurub və ağaca çırpılıb. Dəhşətli qəza nəticəsində maşın yarasız hala düşüb. Vurulanlardan iki nəfər yerindəcə ölüblər, yaralılar isə xəstəxanaya çatırıblar. Qəzanı törədəni hadisə yerinə gələn polislər həbs ediblər. Hələ ki onun kimliyi barədə məlumat verilmir. Qəzanı ərazidə olan sakin lentə alıb.
Həmin görüntünü sizlərə təqdim edirik.
N.M.