01.12.2015
Qəzalar
Dəhşətli qəzadan yaralı çıxdı – FOTO
Cars-az xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. Belə ki, hədindən artıq sürətlə idarə olunan avtomobil nəzarətdən çıxaraq dəmir baryerlərə dəyib. Toqquşmanın təsirindən işıq dirəyinə də çırpılan avtomobil, çevrilərək metrobus yoluna düşüb. Parça-parça olan maşından sağ çıxan 21 yaşlı Ümid Kukulun sağ ayağının qırıldığı, bədəninin bəzi bölgələrində kəsiklər olduğu, həyatı təhlükəsinin olmadığı bildirilir.
N.M.