01.12.2015
Qəzalar
Bir gündə baş verən qəzalrada 3 nəfər ölüb
Azərbaycanda bir gündə baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 3 nəfər ölüb. Cars-az DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 30-da respublikanın avtomobil yollarında 6 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 18 nəfər xəsarət alıb.
Hər bir faktla bağlı araşdırma aparılır.