01.12.2015
Qəzalar
Sürücü yaşlı piyadanı vuraraq öldürüb
Bakıda 60 yaşlı sürücü yaşlı piyadanı vuraraq öldürüb. Cars-az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Afiq Hüseynov idarə etdiyi "Opel" markalı avtomobillə 1953-cü il təvəllüdlü Möhübbət Baxşıyevi vurub. M.Baxşıyev 3 saylı xəstəxanaya yerləşdirilib və aldığı xəsarətlər nəticəsində, noyabrın 30-da orada ölüb.