02.12.2015
Qəzalar
Heydər Əliyev prospektində qəza
Bu gün günorta saatlarında Bakıda qəza baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. "Oka" markalı minik avtomobili "X-trail" markalı avtomobillə toqquşub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzada xəsarət alan olmayıb.