04.12.2015
Qəzalar
Gəncədə avtomobil piyadanı vurub
Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 1979-cu il təvəllüdlü Hikmət Əliyev müxtəlif bədən xəsarətləri alıb. O, Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib. H. Əliyevə dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.