Bakıda yük maşını aşıb

Bakıda yük maşını aşıb

Bakının Binəqədi rayonunda yük maşını aşıb. Cars-az “report”a istinadən xəbər verir ki, hadisə “Kəmalə-Nərmin” şadlıq sarayı ilə “Bolluq” bazarının arasındakı yolda baş verib.

Belə ki, “İsuzu” markalı avtomobil dönmə əməliyyatı zamanı aşıb. Yük maşınının aşmasına səbəb həmin vaxt avtomobildə olan ağır metal olub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə qaldırıcı kran gətirilib.

Dostlarınla paylaş


Şərhlər


Top