04.12.2015
Qəzalar
Daşkəsəndə qəza: ölən və yaralı var
Şəmkir sakini Daşkəsəndə qəzaya düşüb. Ötən gün Daşkəsən rayonunun Çovdar kəndi ərazisində yol qəzası baş verib. Cars-az kəpəztv-yə istinadən xəbər verir ki, Şəmkir sakini, 32 yaşlı Cavid Zeynalovun idarə etdiyi "Niva" markalı avtomobil aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Sərnişini 47 yaşlı Ədalət Qurbanov isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Daşkəsən polisi qəzanın səbəblərini araşdırır.