Şirvanda avtokran aşdı

Şirvanda avtokran aşdı

Şirvanda avtokran yoldan çıxaraq aşıb. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gün saat 21.30 radələrində Şirvan-Salyan avtomagistralının Şirvan ərazisindən keçən hissəsində baş verib. Sürücüsü məlum olmayan 18 AC 973 dövlət nömrə nişanlı “Kamaz” markalı “İvanovets” avtokranı idarəetməni itirərək yoldan çıxıb və arxası üstə aşıb. Hadisə şahidlərinin bildirdiyinə görə, avtoqəza zamanı sürücü xəsarət almayıb. Sürücü hadisə yerini tərk edib. Onun kimliyini müəyyən etmək mümkün olmayıb. Qeyd edilir ki, avtokran Şirvan elektrik şəbəkəsinə məxsus olub və qeyri-iş saatı qəzaya uğrayıb.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top