04.11.2015
Qəzalar
Filippində gəmi qəzası
Filippinin cənubunda Sulu adası yaxınlığında sərnişin gəmisi batıb. Cars-az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 5 nəfərin öldüyü, 31 nəfərin itkin düşdüyü bildirilib. Rəsmilər qəza zamanı gəmidə 50 nəfərin olduğunu, 7-i uşaq 14 sərnişinin xilas edildiyini açıqlayıb.