Qazla əyləci səhv saldı, milyonluq qəza törətdi

Qazla əyləci səhv saldı, milyonluq qəza törətdi

Qazla əyləci səhv saldı, milyonluq qəza törətdi

İtaliyada baş verən qəza sözün əsl mənasında görənlərin ürəyini ağrıdıb. Cars-az anspress-ə istinadən xəbər verir ki, milyon dollarlıq Ferrari tanınmaz hala düşüb.

Qəzanı törədən italiyalı kişi olub. 38 yaşlı Roberto Cintinin idarə etdiyi maşın hollandiyalı otel müştərisinə məxsus olub. Romanın mərkəzindəki otelə gələn iş adamı maşınını ona əmanət edərək qaraja aparmasını istəyib. Lakin Cinti əyləc əvəzinə qaz pedalını basıb. Nəticədə bahalı idman maşını yoldan çıxaraq bir mağazanın qapısından içəri girib. Qəzadan sonra maşın tanınmaz hala düşüb.

Müştəri maşınını idarə edən şəxs yaralanmasa da, şoka düşüb.

Qeyd edək ki, "Formula 1" yarışlarında da istifadə edilən bu maşın 100 km sürəti 3,4 saniyəyə yığa bilir.







Dostlarınla paylaş


Şərhlər


Top