Göygöldə mikroavtobus aşdı: 1 ölü 2 yaralı – FOTO

Göygöldə mikroavtobus aşdı: 1 ölü 2 yaralı – FOTO

Göygöldə mikroavtobus aşdı: 1 ölü 2 yaralı – FOTO

Cars-az regiontv-yə istinadən xəbər verir ki, hadisə bu gün səhər 8 radələrində Göygöl-Samux yolunun Xaqani kəndindən keçən hissəsində baş verib. 50 yaşlı, Şəmkir rayon sakini Kəmaləddin Qafarov Şəmkir istiqamətində hərəkətdə olarkən idaretməni itirib. Nəticədə "Qazel" yoldan çıxaraq aşıb. Qəzada 51 yaşlı, Şəmkir rayon Alabaşlı kənd sakini Səfər Tağıyev elə hadisə yerindəcə dünyasını dəyişib. Daha 2 nəfər isə ağır yaralanıb. Şəmkir rayon Könüllü kənd sakini, 47 yaşlı Bahar Cəfərova alın və burunun yumşaq toxumalarının əzilməsi, rayonun Könüllü kənd sakini, 51 yaşlı Gülbəz Tanrıverdiyeva bazu sümüyünün sınığı diaqnozu ilə Gəncə Şəhər TTYX-ya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Dostlarınla paylaş


Şərhlər


Top