Ötmə qaydasını pozdu, qəza törətdi: 2 yaralı

Ötmə qaydasını pozdu, qəza törətdi: 2 yaralı

Ötmə qaydasını pozdu, qəza törətdi: 2 yaralı

Ağstafada iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 465-ci km-də, Ağstafa rayonu ərazisində qeydə alınıb.

Rayonun Dağ Kəsəmən kənd sakini, 1938-ci il təvəllüdlü Narkom İbrahim oğlu Namazova məxsus "QAZ-24" markalı avtomobil ilə Ağstafa şəhər sakini, 1982-ci il təvəllüdlü Ramin Namiq oğlu Sədiyevə məxsus "Opel" markalı maşın toqquşub. Qəza zamanı "Opel" yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobilin sürücüsü və onun sərnişini, 1991-ci il təvəllüdlü Rüfət Tofiq oğlu İbrahimov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis idarəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top