04.11.2015
Qəzalar
Sumqayıtda maşın səkiyə çırpılıb yandı
Sumqayıt şəhərində vətəndaşa məxsus “Nissan” markalı minik avtomobili səkiyə çırpılıb. Cars-az FHN-in saytına istinadən bildirir ki, zərbədən sonra avtomobildə yanğın başlayıb, avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.