04.11.2015
Qəzalar
Sumqayıtda yol qəzası: ata və oğul öldü
Sumqayıt şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, bu barədə teleqraf-a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Sumqayıt şəhər sakini Seymur Məhərrəmov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini İlham Poladovu və onun oğlu İsmayılı vurub. Piyadalar hər ikisi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.