04.11.2015
Qəzalar
Sürücü avtobusla hasarın arasında qalıb öldü
Sabunçu rayon sakini bədbəxt hadisə nəticəsində ölüb. Cars-az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Vidadi Əlimanov özünə məxsus “Mercedes” markalı avtobusun qabaq şüşəsini silərkən avtobus hərəkətə gəlib və nəticədə o, avtobusla hasarın arasında qalaraq ölüb.
Hadisə ilə bağlı araşdırmalar aparılır.