27.02.2016
Qəzalar
Şəmkirdə avtomobil 31 yaşlı piyadanı vurub
Bakı-Qazax magistral yolunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Hadisə magistral yolun Şəmkir şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Hüseyn Rzayev idarə etdiyi “Opel Astra” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Pərvin Qurbanovanı vurub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (APA)