26.02.2016
Qəzalar
Sərnişin təyyarəsi qəzaya uğradı: 9 nəfər itkin düşüb
Nepalda göyərtəsində 9 nəfər olan yerli "Kasthamandap Air" hava şirkətinə məxsus təyyarə qəzaya uğrayıb. Сars-az report-a istinadən bildirir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb. Hadisə ölkənin şimal-qərbində gündüz saatlarında baş verib. Təyyarə paytaxt Katmandudan Cumla istiqamətində uçurmuş. Hadisənin başvermə səbəbi hələ məlum deyil.
Qeyd edək ki, fevralın 22-də Nepalda "Tara Airlines" şirkətinə məxsus "Twin Otter" tipli təyyarənin qəzaya uğraması nəticəsində 18 sərnişin və ekipajın 3 üzvü həyatını itirmişdi.