26.02.2016
Qəzalar
Bakıda qeyri-adi yol qəzası
Bakıda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Сars-az lent.az-a istinadən bildirir ki, Bakı-Qazax magistralının 60-cı kilometrliyində, Qaradağ rayonu ərazisində 1982-ci il təvəllüdlü Məmmədov İsgəndər Həmid oğlunun sürdüyü "MAC" markalı yük avtomobili idarəetmədən çıxıb. Bu zaman yük avtomobilinin qoşqusu fırlanaraq avtomobilin kabinasına çırpılıb. Nəticədə 34 yaşlı sürücü ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.