26.02.2016
Qəzalar
Astarada avtomobillə vurulan uşaq ölüb
Astarada yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan uşaq ölüb.
Сars-az DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 24-də saat 14 radələrində Astara şəhərində şəhər sakini Araz Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi, 8 yaşlı Məhəmməd Əsədovu vurub. Xəstəxanaya yerləşdirilmiş M.Əsədov fevralın 25-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.