04.11.2015
Qəzalar
Sərnişin təyyarəsi alov içində
Qazaxıstanın Aktau hava limanında sərnişin təyyarəsi yanıb. “Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Astana-Aktau səfərinə hazırlaşan Scat Hava Yollarına aid sərnişin təyyarəsi Aktau hava limanına eniş edib. Enişdən bir müddət sonra təyyarə alovlanmağa başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın zamanı ölən və xəsarət alan olmayıb. Təyyarənin yanma səbəbi araşdırlır.