Yük qatarında yanğın

Yük qatarında yanğın

Azərbaycanda yük qatarında yanğın olub. Cars-az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Şəmkir rayonunun Zəyəm qəsəbəsində (rayon mərkəzindən 20 km aralı) qeydə alınıb. Şəmkir-Qazax istiqaməti ilə hərəkətdə olan 35 vaqondan ibarət yük qatarının bir vaqonunda yanğın baş verib. Vaqonun qalan hissəsi və digər qatarlar yanğından mühafizə olunub. Yanğın saat 11:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Dostlarınla paylaş


Şərhlər


Top