04.11.2015
Qəzalar
«Opel»lə “Qazel” toqquşdu; sürücü yaralandı
Bakı şəhəri, Nəsimi rayonunda “Opel” markalı minik avtomobili ilə “Qazel” markalı yük avtomobili toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Cars-az-ın məlumatına görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qəza nəticəsində “Opel” markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermiş və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görublər.
Cavid