04.11.2015
Qəzalar
Göyçayda baş verən qəzada 23 yaşlı oğlan yaralandı
Göyçay rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, “Mercedes” markalı və “Daewoo” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 1992-ci il təvəllüdlü Nəsib Əliyev yaralanıb. O, Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.