04.11.2015
Qəzalar
“Mercedes”lə vurulan 50 yaşlı kişi yerindəcə keçindi
Bakı-Quba-Rusiya sərhədi yolunun 64-cü km-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-azAPA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1967-ci il təvəllüdlü Qəhrəmanov Azad Cavad oğlu idarə etdiyi 99 XG 589 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşınla Siyəzən rayon sakini, 1965-ci il təvəllüdlü Binnətov Akif Xanverdi oğlunu vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.