04.11.2015
Qəzalar
Saatlıda avtomobil kanala aşdı: ölən var
Saatlı rayonunda avtomobil kanala aşıb. Cars-az regiontv-yə istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 9.00 radələrində Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində qeydə alınıb.
İmişli rayonunun Rəsullu kənd sakini, 1981-ci il təvəllüdlü Nizam Alim oğlu Fərəcov “KİA Cerato” markalı avtomobili idarə edərkən yoldan çıxararaq kanala aşırıb.
Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.