"Mercedes" "07"nin yoluna çıxdı: 5 yaralı

"Mercedes" "07"nin yoluna çıxdı: 5 yaralı

Bakı-Qazax magistral yolunun Tovuz rayonunun Düz Qırıqlı kəndindən keçən hissəsində “Mercedes” və “VAZ-2107” toqquşub. Cars-az regiontv-yə istinadən xəbər verir ki, hadisə nəticəsində “VAZ”ın sürücüsü, Tovuz rayonunun Qovlar şəhər sakini, 28 yaşlı Yaşar Cabbarov və hər iki avtomobildə olan sərnişinlər – 28 yaşlı Niyaməddin İbrahimov, 22 yaşlı İradə Cabbarlı, 52 yaşlı Gülxanım Fərzəliyeva, 31 yaşlı Ayşə Cabbarova müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. “07”nin sürücüsünün vəziyyəti ağır olduğundan o, Gəncəyə aparılıb. Qəzaya “Mercedes”in “VAZ 2107”nin yoluna çıxdığı səbəb kimi göstərilsə də, faktı Baş Dövlət Yol Polisi Şöbəsi araşdırır.

Dostlarınla paylaş


Şərhlər


Top