Şəmkirdə "06" aşaraq yolun kənarına düşdü

Şəmkirdə "06" aşaraq yolun kənarına düşdü

Şəmkirdə "06" aşaraq yolun kənarına düşdü

Bu gün saat 9.30 radələrində Bakı-Qazax magistralının Şəmkir rayonun Sabirkənd ərazisindən keçən hissəsində iki maşın toqquşub. Cars-az regiontv-yə istinadən xəbər verir ki, Şəmkir sakini Ayaz Namazov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Qazax istiqamətində hərəkətdə olarkən arxada eyni istiqamətdə yol alan Məmməd Vəliyev idarə etdiyi "Ford" markalı avtomobillə “VAZ”ı vurub.

Nəticədə Ayaz Namazova məxsus “VAZ 2106” yolun hərəkət hissəsindən çıxaraq aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb, amma hər iki avromobilə ciddi ziyan dəyib. Hazırda Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının ərazi üzrə inspektorları qəzanın səbəblərini araşdırırlar.

Dostlarınla paylaş


Şərhlər


Top