Avtomobil kanala düşdü: sürücü boğuldu

Avtomobil kanala düşdü: sürücü boğuldu

Salyan rayonunda yol qəzası baş verib. Nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb. Hadisə ötən gün axşam saatlarında rayonun Seydan kəndi ərazisində qeydə alınıb.

Cars-az regiontv-yə istinadən xəbər verir ki, 27 yaşlı Mirteymur Abıyev sükanı arxasında olduğu "VAZ - 2106" markalı avtomobillə Salyan-Şirvan yolu istiqamətidə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı kanala düşüb. Hadisə zamanı sürücü tək olduğundan avtomobilin içərisində suda boğularaq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top