04.11.2015
Qəzalar
Rusiyadan Bakıya gələn avtobus qəzaya düşdü: 5 Azərbaycan vətəndaşı yaralandı
Rusiyada 5 nəfər Azərbaycan vətəndaşının olduğu mikroavtobus qəzaya uğrayıb.
Cars-az Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Sızran-Saratov-Volqoqrad magistralının 197-ci kilometrliyində, Saratov vilayətinin Volsk rayonunda baş verib.
Mikroavtobusun sürücüsü idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılıb. Qəza nəticəsində yaralanan Azərbaycan vətəndaşları xəstəxanaya yerləşdirilib. Onların arasında üç qadın və bir körpə uşaq var. Yaralananların vəziyyətlərinin ağır olmadığı bildirilir.
İlkin məlumatlara görə, mikroavtobus Orsk-Bakı marşrutu üzrə hərəkət edib.