"Mercedes" traktorla toqquşdu: 1 ölü, 2 yaralı

"Mercedes" traktorla toqquşdu: 1 ölü, 2 yaralı

"Mercedes" traktorla toqquşdu: 1 ölü, 2 yaralı

İmişlidə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın verdiyi məlumata görə, İmişli-Kürdəmir avtomobil yolunda “Mercedes” markalı minik maşını ilə traktorun toqquşması nəticəsində Saatlı rayon sakini 1947-ci il təvəllüdlü Mürşüdov Ələmdar Bəxtiyar oğlu dünyasını dəyişib, 1976-cı il təvəllüdlü Mürşüdov Bəxtiyar Ələmdar oğlu və 1991-ci il təvəllüdlü Rəhimov Rəzi Seyidrəsul oğlu isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top