28.02.2016
Qəzalar
Həndbol komandası qəzaya düşdü - Ölən var
Türkiyədə “Adıyaman Belediyespor” həndbol komandası qəzaya düşüb. “Qafqazinfo” xəbər verir ki, komandanı daşıyan avtobus Kahramanmaraş-Kayseri avtomobil yolunda aşıb. Buna səbəb avtobus sürücüsünün nəqliyyat vasitəsində idarəetməni itirməyi olub. Qəza nəticəsində 1 nəfər ölüb, 12 nəfər isə yaralanıb.