07.01.2016
Qəzalar
"06" ilə "07" toqquşdu - yaralılar var
Mingəçevir şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az eltv-yə xəbər verir ki, Samux küçəsində qeydə alınan hadisə zamanı Mingəçevir sakini Ələmdar Ağamirzə oğlu Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Əkbər Abbasqulu oğlu Abbasovun idarə etdiyi "VAZ-2107" minik maşını toqquşub.
Zərbənin təsirindən "VAZ-2106" markalı avtomobil yararsız vəziyyətə düşüb. Minik maşınının sürücüsü isə bədən xəsarətləri ilə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib. İlkin olaraq hadisəyə səbəb kimi "VAZ-2107"nin sürücüsünün idarəetməni itirməsi göstərilir.
Faktla bağlı araşdırma aparılır.